10 C
Baku
Thursday, November 14, 2024

WSJ : “Apple” “OpenAI”a investisiya qoymaq üçün danışıqlar aparır

“Apple” korporasiyası “OpenAI”a investisiya qoymaq üçün danışıqlar aparır, Banker.az bu barədə Forbes-a istinadən xəbər verir.  “The Wall Street Journal” qəzetinin verdiyi məlumata görə, maliyyə raundu zamanı “ChatGPT”nin yaradıcısı 100 milyard dollardan çox qiymət ala bilər.

Qəzet yazır ki, “Apple”ın “OpenAI”a sərmayə qoymaqla bağlı danışıqları onun “ChatGPT”yə çıxışı saxlamaq istəyini vurğulayır. “WSJ” qeyd edir ki, “OpenAI”a investisiyalar “Apple”ın süni intellekt sahəsində çalışan digər şirkətlərlə münasibətlərdə neytral tərəfdaş statusunu saxlamaq səylərini çətinləşdirə bilər.

İyunun 10-da “Apple” öz AI sistemini – “Apple Intelligence”i təqdim edib. Bunun nəticəsində “ChatGPT” “Siri” səs köməkçisinə inteqrasiya olunub. “OpenAI” vurğulayır ki, tərəfdaşlığın məqsədi qabaqcıl süni intellekt alətlərini hər kəs üçün əlçatan etməkdir.

Son xəbərlər
Digər xəbərlər