12 C
Baku
Saturday, November 23, 2024

WSJ: Baydenin mayeləşdirilmiş təbii qazın ixracı ilə bağlı qərarı Ukrayna üçün çətinliklər yaradır

ABŞ Prezidenti Cozef Baydenin mayeləşdirilmiş təbii qazın (LNG) ixracına dair yeni müqavilələrin təsdiqi prosedurunu dayandırmaq qərarı Ukrayna üçün çətinliklər yaradır.

Bu barədə The Wall Street Journal (WSJ) məlumat yayıb.

Bundan əvvəl Ukraynanın DTEK enerji holdinqi məlumat vermişdi ki, Vaşinqton və Kiyev Amerikadan mayeləşdirilmiş təbii qazın Ukrayna və Şərqi Avropaya tədarükünə dair saziş imzalayıblar.

“Bununla belə, Kiyev üçün pis xəbərlər də var. Belə ki, Baydenin qəbul etdiyi LNG ilə bağlı qərar uğurlu yolun qarşısını kəsir”, – məqalədə deyilir.

Belə ki, Amerika prezidenti “yaşıl gündəmə” görə yeni LNG ixrac layihələri üçün icazələrin verilməsini dayandırıb.

Jurnalistlər xatırladıblar ki, 2022-ci il fevralın 24-dən sonra Avropa enerji təchizatını diversifikasiya edib, lakin bir çox ölkələr hələ də Ukraynadan keçən boru kəməri ilə gələn Rusiya qazından asılıdır.

Son xəbərlər
Digər xəbərlər