WSJ: Daim distant işləmək karantinin əvvəlində düşündüyümüz kimi əla deyilmiş

Karantin başlayandan bəri bir çox müəssisə işçilərini distan iş rejiminə köçürtdü. Məlum oldu ki, işçilər bütün vəzifələrin öhdəsindən gələ bilirlər, bəzi şirkətlər (məsələn, Twitter) hətta əməkdaşlarını ofisə qayıtmağa məcbur etməyəcəyini açıqladılar. Lakin zaman keçdikcə distant rejim “çat verməyə” başladı, bu barədə “The Wall Street Journal” yazır.

İlk başlarda menecerlər işçilərin işlərini uzaqdan necə yaxşı yerinə yetirdiklərinə heyran idilər. “Twitter” və “Facebook” hətta distant rejimi uzadacaqlarını, bəzi şirkətlər isə fiziki ofislərdən tamamilə imtina edəcəklərini vəd etdilər.

İndi evdən işləmək təcrübəsi sürətləndiyindən ilk çatlar üzə çıxmağa başlayır. Təlim daha uzun çəkir, eləcə də yeni təşəbbüslərin tətbiqi kimi. Yeni işçiləri işə götürmək prosesi çətinləşir, bəzi işçilər rəhbərliyin onlara qarşı “soyumasından”, gənc mütəxəssislər isə ofisdə olduğu qədər peşəkar səviyyədə inkişaf edə bilməyəcəklərindən qorxur.

Bir neçə aylıq karantindən sonra yüksək vəzifəli şəxslər vəziyyət olduqca təhlükəli olsa da, distant iş rejiminə üstünlük verməyəcəklərini söyləyirlər.

“Pərdə arxasında getdikcə daha çox idarəçi bu modelin uzun müddət effektiv olmayacağını söyləyir”, – deyə “Google”un HR bölməsinin keçmiş rəhbəri Laslo Boka bildirir. Onun sözlərinə görə, karantin təzə başlayanda işçilərin məhsuldar olması təəccüblü deyil.

“Bu insanlar işlərini itirməkdən qorxurdular. Qorxu ilə idarə olunan məhsuldarlıq isə əbədi ola bilməz”, – o deyir.

Mərkəzi San-Fransiskoda olan “Cher Robotics” startapı işçiləri evdən işlədiyinə görə yeni məhsullarını vaxtında buraxa bilmədi. Baş direktor Radjart Baqerinin verdiyi məlumata görə, bir saata həll edilə biləcək problemlər bir günə qədər uzanırdı. “Bu – logistika kabusudur”, – rəhbər etiraf edir.

Bostonda böyük onlayn konfransları təşkil etməyə kömək edən “OpexExchange” agentliyi, bir tərəfdən işçilərin təhlükəsizliyini təmin etmək, digər tərəfdən isə onları bir araya toplamaq metodunu seçdi. İyulun sonlarında agentlik ingilis kəndində 15 otaqlı ev kirayəyə götürdü. Beləliklə, işçilər eyni zamanda həm bir-birindən uzaq ola, həm də birlikdə işləyə bilərlər.

Şirkətin baş direktoru Mark Ler əmindir ki, uğurlu əməkdaşlıq üçün insanlar bədən dilini görməlidirlər, onlayn görüşlərdə isə bu yoxdur.
Bəzi şirkətlər gələcəkdə qarışıq iş rejiminə keçməyi nəzərdən keçirirlər: işçilərə uzaqdan işləmək üçün daha çox vaxt vermək və zaman-zaman onları bir araya toplamaq. Məsələn, “CompuCom Methods Inc. ” şirkəti “core hours” (məcburi iş saatları) metodunu tətbiq etməyi planlaşdırır.

İdeya ondan ibarətdir ki, müəyyən günlərdə işçilər fikirlərini müzakirə etmək, birlikdə işləmək və strategiya barədə danışmaq üçün ofisdə toplaşacaqlar.

Uzun müddətli məsafələrdəki problemlərdən biri: öyrənmə. Məsələn, “Discover Financial Services”də işçilərin bir-biri ilə uzaqlığı səbəbindən daha təcrübəli həmkarlarla qeyri-rəsmi ünsiyyət üçün heç bir imkan yoxdur. Eyni zamanda korporativ mühitə inteqrasiya olunmaqla da müəyyən çətinliklər var.

Şirkətin HR mütəxəssisi Endi Eyhfeldin sözlərinə görə, distan rejimə keçid gözləniləndən daha sürətli və asan oldu. Lakin bu onun faydalı olduğunu ifadə etmir.