WSJ: eBay şirkəti Classified-Ads reklam şöbəsini 8 mlrd. dollara satmağı planlaşdırır

“The Wall Street Journal”un mənbələrə istinadən verdiyi məlumata görə, eBay Classified-Ads reklam şöbəsini Norveçin “Adevinta AS ADE” şirkətinə satmağı planlaşdırır. Banker.az xəbər verir ki, hal-hazırda tərəflər arasında danışıqlar gedir.

Qeyd edildiyi kimi, razılaşma iyulun 20-də elan edilə bilər. Nəşrin verdiyi məlumata görə, tərəflər müqavilənin dəqiq dəyərini açıqlamaya bilər. Lakin “Bloomberg”in hesablamalarına görə, söhbət 9 milyard dollardan gedir.

İyulun 17-də keçirilən direktorlar şurasının iclasında eBay, bu biznesdə bir paya sahib olmağı üstün tutduğunu bildirmişdir.

Xatırladaq ki, Classified-Ads əsasən beynəlxalq bazarda, bəzi Avropa və Afrika ölkələrinə, o cümlədən Avstraliya və Meksikada işləyir.

Bu platforma istifadəçilərə əmtəə və xidmətlərin satışı elanlarını yerləşdirməyə imkan verir. 2019-cu ildə şirkət Classified-Ads-dan 1,1 milyard dollar gəlir əldə edib.

Qeyd edək ki, eBay-in Classified-Ads şöbəsini satmaqda əsas məqsədi səhmlərinin qiymətini qartırmaqdır. Bu təklif “Elliott Management Corp.” və “Starboard Value LP” fondları tərəfindən irəli sürülüb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər