WSJ: İran dondurulmuş aktivləri müqabilində Hörmüz boğazına nəzarəti əldən verməkdən imtina edib

ABŞ və Oman İranı Hörmüz boğazından keçən gəmilərdən ödəniş tələb etmək niyyətindən daşındırmağın yollarını axtarır. Bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb. Nəşrin yazdığına görə, tərəflərin dolayı danışıqlarda əsas təzyiq vasitəsi xaricdə dondurulmuş İran aktivlərinin bir hissəsinin azad ediləcəyi vədi olub. Həmin aktivlərin ümumi həcmi təxminən 100 milyard dollar təşkil edir.

Məlumata görə, Tehran bu şərtlərlə razılaşmır və ölkə rəhbərliyi təklifi qeyri-kafi hesab edib. Eyni zamanda, qəzet qeyd edir ki, dünən İranın hərbi rəhbərliyi dəniz marşrutu ilə hərəkət edən gəmilərə qarşı yeni təhdidlər səsləndirib. Bildirilib ki, İranın təsdiqlədiyi marşrutdan kənara çıxacaq istənilən gəmi “dərhal və güclü” cavabla üzləşəcək.

WSJ yazır ki, ötən həftə Oman Tehranın razılığı olmadan alternativ tranzit marşrutu işə saldıqdan sonra İran gəmilərə hücumları yenidən bərpa edib.

Analitik şirkət “Kpler”in məlumatına görə, iyulun 1-nə olan vəziyyətə əsasən, Hörmüz boğazından gündəlik keçən gəmilərin sayı bir həftə əvvəlki 75 gəmidən 43 gəmiyə düşüb. Münaqişə başlamazdan əvvəl bu göstərici gündə 100 gəmini ötürdü.

Bundan əvvəl “Bloomberg” xəbər vermişdi ki, bir çox Avropa ölkələri Hörmüz boğazında ödənişli keçid tətbiq olunacağı ilə barışıblar. Lakin ABŞ və Fars körfəzi ərəb ölkələri bu mövqeni bölüşmür və İranın gəmiçilik üçün ödəniş tətbiq etmək hüququnun olmadığını bildirirlər. Onların fikrincə, belə bir addım digər ölkələr üçün də presedent yarada bilər.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər