10 C
Baku
Thursday, December 12, 2024

WSJ: İran S. Ərəbistanı və İraqa hücum etməyə hazırlaşır

ABŞ Səudiyyə Ərəbistanından İrandan krallığa “qaçılmaz hücum” barədə kəşfiyyat məlumatı alıb. Bu məlumatı “The Wall Street Journal” yazıb, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Qəzetin həmsöhbətləri ABŞ, Səudiyyə Ərəbistanı və regionun bəzi digər ölkələrinin öz silahlı qüvvələrinin təhlükəsizlik səviyyəsini artırdıqlarını bildiriblər. Krallığın rəsmilərinə görə, İran həm ölkəyə, həm də İraq Kürdüstanının Ərbilə hücum etməyi planlaşdırır. İddialara görə, Tehran bu addımı “diqqəti daxili etirazlardan yayındırmaq” məqsədilə atacaq.

Bu yaxınlarda İranda Amerika, İngiltərə, İsrail və Səudiyyənin xüsusi xidmət orqanlarının ölkədə baş verən iğtişaşları və etirazları tam şəkildə planlaşdırıb həyata keçirdikləri barədə məlumat yayılıb.

Son xəbərlər
Digər xəbərlər