İsrail İranı nüvə obyektlərinə hücumla hədələyib. Bu barədə oktyabrın 1-də Amerikanın “Wall Street Journal” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, İran sentyabrın 30-da ərəb rəsmilərinə İsrailə zərbə endirmək planları barədə xəbərdarlıq edib. Bundan sonra Təl-Əviv Tehrana bildirib ki, istənilən hücuma, hətta kiçik də olsa, cavab veriləcək.
Xatırladaq ki, İran oktyabrın 1-də Livanın Hizbullah hərəkatının lideri Həsən Nəsrullahın öldürülməsinə cavab olaraq İsrailə geniş raket hücumu həyata keçirib. “Jerusalem Post”un məlumatına görə, İsrail ərazisinə 400-ə yaxın raket atılıb.