24 C
Baku
Sunday, July 6, 2025

WSJ: İsrailin İrana hücumu 14 gün davam edə bilər

“The Wall Street Journal” yüksək rütbəli məmurlara istinadən yazır ki, İsrail 14 günlük əməliyyat planlaşdırdığından, İrana zərbələr hələ bitməyib. Nəşrin məlumatına görə, hücumun belə davam etməsi bir günlük əməliyyatın İranın nüvə proqramına kifayət qədər ziyan vura bilməyəcəyini izah edən analitiklərin fikirlərinə uyğundur. WSJ-nin məlumatına görə, bu fikri İsrailin hərbi və nüvə obyektlərinə, mülki infrastruktura və İran rəhbərliyinə hərtərəfli zərbələr endirməsi də təsdiqləyir.

İyunun 13-nə keçən gecə İsrail İrana hücum edib. Hərbi İsrail Hava Qüvvələri Şirazdakı raket zavodunu zədələyib, Təbrizdəki hava limanını dağıdıb və İranın Natanzdakı ən böyük nüvə kompleksini vurub. Eyni zamanda, MAQATE-nin məlumatına görə, Fordo, İsfahan və Buşehrdəki obyektlərə ziyan dəyməyib və radiasiya səviyyəsi normal olaraq qalır.

Bu, İran və ABŞ arasında nüvə sazişi üzrə danışıqların növbəti raundu ərəfəsində baş verib. Amerika lideri Donald Tramp deyib ki, İranın indi saziş bağlamaq üçün ikinci şansı ola bilər. O, həmçinin qeyd edib ki, bu addım ölkənin özünü xilas etməsinə kömək edəcək, əks halda növbəti hücumlar daha qəddar olacaq.

Son xəbərlər
Digər xəbərlər