Kering şirkəti öz kosmetika bölməsini L’Orea holdinqinə satmaq istəyir, bu barədə The Wall Street Journal yazıb.
WSJ-nin mənbələrinin bildirdiyinə görə, tərəflər artıq prinsipial razılığa nail olublar. Kosmetika bölməsi 4 milyard ABŞ dolları məbləğində qiymətləndirilib. Əgər bizneslə maraqlanan başqa iddiaçılar çıxmasa və danışıqlar son anda pozulmasa, sövdələşmə yaxın günlərdə elan ediləcək.
Kering 2023-cü ildə kosmetika bölməsini yaradaraq, dünya üzrə kosmetikaya olan tələbatın artacağına ümid etmişdi. Həmin il holdinq həmçinin Creed ətir brendini satın almışdı. Lakin həmin dövrdə Kering-in əsas markaları — Gucci və Saint Laurent — problemlərlə üzləşdi. Nəticədə, Fransa holdinqi ciddi maliyyə çətinlikləri yaşamağa başladı və 30 iyun 2025 tarixinə onun borcları artıq 11 milyard dollara çatdı.
Məhz bu səbəbdən, holdinqin yeni baş direktoru Luka de Meo kosmetika bölməsini satmaq qərarına gəlib.