1 C
Baku
Cümə, Yanvar 21, 2022

“WSJ” müharibənin başlaya biləcəyi ölkələri açıqladı

“The Wall Street Journal”ın yazarı Cerald Seib (Gerald Seib) ABŞ üçün “drama” olmaq təhlükəsi yaradan üç hərbi münaqişənin baş verməsi riskinin artdığını söyləyib.

Banker.az xəbər verir ki, “ABŞ və onun müttəfiqləri təhlükəli an yaşayır – bəlkə də bir çox amerikalının düşündüyündən də təhlükəli”, – deyə müəllif yazır.

Seib ehtimal olunan münaqişələr arasında birinci kimi Rusiyanın Ukraynaya müdaxiləsini seçib. Arqument kimi o, Rusiya hərbçilərinin Ukrayna ilə sərhəd yaxınlığında cəmləşməsini göstərib.

İkinci mümkün qaynar nöqtə Çinin Tayvandakı əməliyyatıdır.

“ÇXR-in sədri Si Tsinpin Tayvanı Pekinin nəzarəti altına almaq niyyətini açıq şəkildə bildirən liderlərdən sonuncusudur”, – məqalədə deyilir.

Belə bir proqnoza haqq qazandıran müəllif hazırkı Çin liderinin hakimiyyətdə olarkən adaya nəzarəti ələ keçirmək istəyini göstərib.

Üçüncü “təhlükə” – İranın nüvə proqramı ilə bağlı danışıqların pozulmasıdır.

“İranın danışıqlardakı aqressiv mövqeyindən belə nəticə çıxır ki, Tehran nüvə həddinə çatmaq niyyətindədir”, – deyə Seib qeyd edir. O, ABŞ-ın İranın nüvə statusu ilə barışacağını mümkün hesab etsə də, İsrailinin buna sərt reaksiya verəcəyini yazıb.

“Bu o deməkdir ki, hərbi əməliyyatlar perspektivi hər gün daha da kəskinləşir”, – müəllif yekunlaşdırır.

Son xəbərlər
Oxşar xəbərlər