14 C
Baku
Saturday, November 23, 2024

WSJ: OPEC+ neft hasilatını gündə 1 mln. barel azalda bilər

OPEC+ noyabrın 30-da keçiriləcək videokonfransda neft hasilatının sutkada 1 milyon barel azaldılmasını elan edə bilər. Dünyanın ən böyük neft istehsalçısı Səudiyyə Ərəbistanı neft hasilatının əlavə olaraq azaldılmasında israrlıdır, “The Wall Street Journal” konfrans nümayəndələrinə istinadən yazır. Əvvəllər nazirlərin görüşü noyabrın 26-da planlaşdırılsa da, hasilatla bağlı fikir ayrılıqları səbəbindən təxirə salınmışdı.

“WSJ” mənbələri bildirir ki, gələcək ixtisarla bağlı razılaşma əldə edilməyib və belə bir perspektiv OPEC daxilində ciddi müqavimətlə üzləşir. Nəşr noyabrın 29-da hasilatın mümkün azaldılması ilə bağlı danışıqlar barədə məlumat verdikdən sonra, yanvarda tədarük müqavilələri üzrə “Brent” markalı neftin qiyməti ticarətin bağlanışında 1.38% artaraq 82.8 dollar/barelə çatıb. “WSJ”nin istinad etdiyi “Goldman Sachs” məlumatlarına görə, Səudiyyə Ərəbistanı planlarını həyata keçirmək üçün neftin bir barel qiymətinin 88 dollara bərabər olmasına ehtiyac duyur.

Eyni zamanda, Afrikanın iki ən böyük neft istehsalçısı Nigeriya və Anqola fərdi hasilat kvotalarını azaltmağa müqavimət göstərir. Onların fikrincə, OPEC hesabatlarında neft hasilat imkanlarını həddən yüksək qiymətləndirir. Nümayəndələr əlavə edib ki, BƏƏ də hasilatı azaltmaq istəmir.

Yanvarın 29-da birjada WTI markalı neftin qiyməti 1.56% artaraq 77.6 dollar/barelə çatıb. Səudiyyə Ərəbistanı üçün digər alyans üzvlərini ya əlavə ixtisarlarla razılaşmağa, ya da mövcud ciddi məhdudiyyətləri nəzərə alaraq onlara əməl etməyə inandırmaq çətin olacaq.

Son xəbərlər
Digər xəbərlər