7 C
Baku
Thursday, January 8, 2026

WSJ: Rusiya ABŞ-ın ələ keçirməyə çalışdığı tankeri sualtı qayıqla müşayiət edir

Rusiya Venesuela yaxınlığında ABŞ blokadasını aşmağa çalışan, əvvəl “Bella 1” adı ilə tanınan boş neft tankerini müşayiət etmək üçün sualtı qayıq və digər hərbi-dəniz vasitələri göndərib. Tanker neft yükləyə bilməsə də, ABŞ Sahil Mühafizəsi onu Atlantik okeanında izləməkdə davam edir.

Bu barədə The Wall Street Journal yazır.

Ekipaj Rusiya bayrağını çəkib, tankerin adını “Marinera” olaraq dəyişib və qeydiyyatını Rusiya bayrağı altına keçirib. Moskva vəziyyəti izlədiyini bəyan edib. ABŞ isə sanksiya altında olan gəmilərə qarşı tədbir görməyə hazır olduğunu xəbərdar edib.

Ekspertlər bildirirlər ki, yeni qeydiyyat ABŞ-ın tankeri yoxlaması üçün hüquqi əsaslandırmanı çətinləşdirir və Rusiyanın və ya onun müttəfiqlərinin cavab addımlarını təhrik edə bilər.

Son xəbərlər
Digər xəbərlər