Rusiyanın xam neft ixracı dekabrda 2022-ci ilin 11 aylıq orta göstəricisi ilə müqayisədə 22% azalıb. Bu barədə “The Wall Street Journal” yazıb.
Şirkətin analitiklərinin hesablamalarına görə, dekabrda Rusiyadan orta gündəlik neft tədarükü 2.5 milyon barrelə düşüb.
“Kpler“in analitiki Mett Smit qeyd edib ki, “Rusiya neftinin kiçik bir alıcı qrupu” Hindistan, Çin, Türkiyə və Bolqarıstan da daxil olmaqla, sanksiyalar məhdudiyyətlərindən kənarda qalıb.
Rusiya neftinin Avropa İttifaqına tədarükünə qoyulan embarqo və Rusiyadan neftin qiymətinin bir barel üçün 60 dollara qədər məhdudlaşdırılması mexanizmi dekabrın 5-dən qüvvəyə minib. Aİ Rusiyadan gələn neftin qiymətinə tavan tətbiq etdiyi tarixdən sonra 45 günlük keçid müddəti təyin edib.
Avropa Birliyi Rusiya neftinin dəniz yolu ilə üçüncü ölkələrə daşınması və bu gəmilərin və yüklərin sığortalanması kimi əlaqəli xidmətlərin göstərilməsinə qadağa qoyub. Fevral ayında Rusiya mənşəli neft məhsulları üçün də qiymət tavanının tətbiqi nəzərdə tutulur, lakin onun səviyyəsi hələ razılaşdırılmayıb.
Neft tədarükünə qadağa 5 ay – 2023-cü il fevralın 1-dən iyulun 1-dək qüvvədə olacaq. Neft məhsullarının tədarükünə qoyulan qadağanın müddətini hökumət müəyyən edəcək.