2 C
Baku
Saturday, December 14, 2024

WSJ: Səudiyyə Ərəbistanı neft bazarında yenidən qiymət müharibəsinə başlaya bilər

Səudiyyə Ərəbistanı digər OPEC üzvlərindən yerinə yetirilməyən kvotalara görə kompensasiya ödəmələrini tələb edib, əks təqdirdə ölkə yenidən qiymət müharibəsinə başlayacaq.
Banker.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat verib.
Qəzetin verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdüləziz bin Salman bir neçə həftə əvvəl kartel üzvlərinə ultimatum göndərib, üstəlik Anqola və Nigeriyadan neft hasilatının əlavə olaraq məhdudlaşdırılması ilə bağlı konkret planların müəyyənləşdirilməsini tələb edib. Bu iki ölkə 18 iyunda baş tutan videozəng zamanı konkret rəqəm söyləyə bilmədiklərini bildirib, Əbdüləziz isə bu halda nefti daha ucuz qiymətə satacağını açıqlayıb.
WSJ bildirir ki, Ər-Riyadın təzyiqi OPEC üçün yeni fəlakətə çevrilə bilər. Xatırladaq ki, Səudiyyə Ərəbistanı və Rusiya arasında neft hasilatının azaldılmasına dair razılaşma əldə edilmədikdən bir neçə ay sonra neftin qiyməti kəskin düşməyə başlayıb. Apreldə tərəflər yeni müqavilə imzaladılar.
Verilən məlumata görə, müqaviləyə bamayaraq, OPEC daxilində münasibətlər gərgindir. Xüsusilə, Anqolanın neft naziri Diamantino Asebedo və Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salman arasında.
Qeyd edildiyi kimi, həm Anqola və Nigeriya, həm də Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salman bu məsələyə şərh bildirməkdən imtina ediblər.
Son xəbərlər
Digər xəbərlər