12 C
Baku
Monday, September 30, 2024

WSJ: Səudiyyə Ərəbistanı neft hasilatının azaldılması ilə bağlı yeni planını açıqlayıb

Dünyada koronavirusun yayılması və bununla əlaqədar tətbiq edilən məhdudiyyətlər neft istehsalında azalmaya səbəb ola bilər.

Banker.az “Forbes.ru”ya istinadən xəbər verir ki, bu barədə OPEC ölkələrindəki dövlət məmurları və müşavirləri tərəfindən verilən açıqlamalara istinadən “Wall Street Journal” bildirib.

Verilən məlumata görə, Səudiyyə Ərəbistanı neft hasilatının daha çox azaldılmasının tərəfdarıdır, hal-hazırda OPEC üzvləri ilə bu barədə danışıqlar aparılır. Mütəxəssislərin qiymətləndirmələrinə görə, koronavirusun ikinci dalğası və onunla əlaqəli məhdudiyyətlər neftin tələbatına təsir göstərə bilər.

Neft ixrac edən ölkələr, Rusiya və OPEC-in 13 üzvü, tərəfindən təsdiqlənən OPEC+ razılaşması ilə məhdudlaşdırılan istehsalın bərpasına ümid edirdilər. Xatırladaq ki, aprel ayında OPEC+ sazişinin iştirakçıları neft hasilatını gündə 9,7 milyon barel azaltmaq barədə razılığa gəlmişdilər. Oktyabr ayında isə “The Wall Street Journal” Səudiyyə Ərəbistanı və digər istehsalçıların neft hasilatının bərpa edilməsini üç ay təxirə salmağı müzakirə etməyə bağladığını bildirmişdi. OPEC səlahiyyətliləri belə bir ssenarinin daha çox ehtimal olunduğunu söyləmişdilər.

Səudiyyə Ərəbistanı və digər neft istehsalçıları yeni ixtisarlara zəif tələblə mübarizə üçün bir neçə variantdan biri kimi baxırlar. Daha sərt məhdudiyyətlər “indi daha bir seçimdir”.

Noyabrın 17-də OPEC+ iclası keçiriləcək və bu görüşdə tərəflərin neftin qiymətinin 40 dollardan aşağı düşməsinə yol verməmək üçün vahid qərar qəbul etmələri gözlənilir. Rusiya, Əlcəzair və İraq OPEC üzvlərinə neft hasilatının indiki səviyyəsini 2021-ci ilin ilk aylarına kimi saxlamağı təklif edib. Bu barədə Əlcəzairin energetika naziri məlumat verib.

Son xəbərlər
Digər xəbərlər