WSJ: Tesla Çindəki biznesini sata bilər

ABŞ-nin elektromobil istehsalçısı Tesla Çindəki bölməsini sata və ya onu ayrıca hüquqi struktur kimi ayıra bilər. Bu barədə The Wall Street Journal mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, bu addım Tesla ilə SpaceX şirkətlərinin mümkün birləşməsinə hazırlıqla bağlı ola bilər. Hər iki şirkətə İlon Mask rəhbərlik edir. Nəşrin qeyd etdiyi kimi, Mask Tesla-nın fəaliyyətini elə təşkil edib ki, şirkətin Çin və ABŞ biznesi arasında aydın sərhəd mövcud olsun. Bununla o, Vaşinqton və Pekin arasında geosiyasi qarşıdurmanın kəskinləşəcəyi halda şirkəti mümkün risklərdən qorumağı hədəfləyib.

Qəzet xatırladır ki, SpaceX Pentaqonun iri podratçılarından biridir və bu, şirkətin fəaliyyətinə ciddi məhdudiyyətlər qoyur. Tesla ilə birləşmə baş verəcəyi təqdirdə, şirkətin Çin bölməsinin ümumi strukturdan ayrılması potensial maraq toqquşmalarını və tənzimləyici riskləri aradan qaldırmağa kömək edəcək.

Çin ABŞ-dən sonra Tesla üçün ikinci ən böyük bazardır. 2026-cı ilin ilk yarısında şirkətin satışlarının 18%-i məhz bu ölkənin payına düşüb. Tesla-nın Şanxayda iki iri zavodu fəaliyyət göstərir. Həmin müəssisələrdə istehsal olunan elektromobillər və batareyalar Çin bazarında və bəzi digər ölkələrdə satılır, lakin ABŞ-yə tədarük edilmir, deyə The Wall Street Journal vurğulayır.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər