13 C
Baku
Cümə axşamı, Oktyabr 21, 2021

WSJ: Uber şirkəti 1000-dən çox geri çağırılmış avtomobil alıb

faizlere

Banker.az saytı Wall Street Journal nəşrinə istinadən xəbər verir ki, Uber şirkətinin Sinqapurdakı menecerləri şirkət üçün yapon istehsalçının rəsmi olaraq geri çağırdığı 1000-dən çox Honda Vezel avtomobili alıb.

WSJ nəşri isə bu məlumatı şirkətin regiondakı fəaliyyəti ilə tanış olan jurnalistlərin sənəd və elektron məktublarına istinad edərək verib.

Verilən məlumatda qeyd edilir ki, Uber şirkəti bu defekt avtomobilləri lizinq olaraq verib. Beləliklə, nasaz elektrokomponentlərə sahib Honda Vezel avtomobili istifadə etməsi üçün Kox Senq Tian-a verilmişdi. 2017-ci ilin yanvar ayında onun avtomobili yanmağa başlayır. Kox avtomobilin salonunda tüstü qoxusu hiss etdikdə maşını saxlamağa və müştərini endirməyə nail olub. Maşın isə bütünlüklə yanıb.

Yaşanmış insidentdən sonra Uber şirkəti yeni təhlükəsizlik tədbirlərinin görüldüyünü elan etmişdi.

WSJ əldə olunan elektron məktublardan şirkətin San-Fransiskoda yerləşən baş ofisinin bu hadisədən xəbərdar olub-olmadığını aydınlaşdıra bilməyib.

Qeyd edək ki, Uber taksi sifarişi hazırda dünyanın 70-dən çox ölkəsində fəaliyyət göstərir.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər