WSJ: Uorren Baffett Epşteyn işinə görə Qeyts Fonduna ianələri dayandırıb

Amerikalı investor Uorren Baffet son 20 ildə ilk dəfə olaraq iyun ayında Qeyts Fonduna ənənəvi ianəsini etməyib. Bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Mənbələrin sözlərinə görə, Baffett fondun cinsi cinayətlərdə ittiham olunan maliyyəçi Cefri Epştein ilə əlaqələri üzrə müstəqil araşdırmanın başa çatmasını gözləmək və yalnız bundan sonra gələcək ianələr barədə qərar vermək niyyətindədir.

Adətən bu dövrdə fonda ömürboyu dəstək verəcəyinə söz vermiş Baffet “Berkshire Hathaway”in səhmləri şəklində milyardlarla dollar köçürürdü. Lakin WSJ-nin məlumatına görə, o, qərarını bu ilin sonunadək, hətta ənənəvi noyabr təşəkkür məktubuna qədər təxirə sala bilər.

Fond Epşteynlə əlaqələrini yoxlamaq üçün “WilmerHale” hüquq firmasını işə cəlb edib. Araşdırmanın nəticələrinin bu yay açıqlanacağı gözlənilir.

Baffettin ətrafındakı şəxslər artıq fondun rəhbərliyi ilə əlaqə saxlayaraq araşdırma barədə məlumat istəyiblər. Mənbələrin sözlərinə görə, ABŞ Ədliyyə Nazirliyinin Epşteyn işi ilə bağlı sənədləri dərc etməsindən sonra Uorren Baffettlə Bill Qeyts arasındakı münasibətlər “gərginləşib”.

Baffet bu ilin mart ayında CNBC-ya müsahibəsində bildirib ki, həmin sənədlər açıqlanandan sonra Bill Qeytslə əlaqə saxlamayıb.

Qeyts Fondu (əvvəllər Bill & Melinda Gates Foundation kimi tanınırdı) 2000-ci ildə Bill Qeyts və o zamankı həyat yoldaşı Melinda tərəfindən yaradılıb. Fond ABŞ-nin ən böyük özəl xeyriyyə təşkilatı hesab olunur və onun əsas fəaliyyət istiqamətləri səhiyyə, təhsil və yoxsulluqla mübarizədir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər