Nyu-York ticarət birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI markalı neftin qiyməti 85 dolları keçib.
Banker.az xəbər verir ki, Bakı vaxtı ilə saat 16:29-da neftin dekabr fyuçersləri 1.52% artaraq 1 barel üçün 85.06 dollar təşkil edib. Bu, 2014-cü ilin oktyabrından bu yana ən yüksək göstərici olub.
Qeyd edək ki, “ICE London” birjasında Brent markalı neftin bir bareli 85.61 dollara satılır.
Qiymət artımının səbəbi bazarda xammal tədarükünün məhdud olması və koronavirus pandemiyasının yaratdığı tənəzzüldən sonra qlobal iqtisadiyyatın bərpası səbəbindən yanacağa olan tələbatın yüksəlməsi göstərilir.