WUF13 Azərbaycan Əməliyyat Şirkətində yeni təyinat olub.
Banker.az-ın məlumatına görə, Samir Haqverdiyev WUF13 Azərbaycan Əməliyyat Şirkətinidə Məkan dizaynı və tikinti üzrə direktor müavini vəzifəsinə təyin olunub.
Xatırladaq ki, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) Bakıda keçirilməsi ilə əlaqədar Əməliyyat Şirkəti yaradılıb. WUF13 Azərbaycan Əməliyyat Şirkəti dövlət qeydiyyatına alınıb.
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) gələn il 18-22 may tarixlərində Bakı Olimpiya Stadionunda təşkil olunacaq.