18 C
Baku
Saturday, October 12, 2024

“WWW sisteminin atası” İnternetin xilas edilməsi planını təqdim etdi

Böyük Britaniya əsilli alim və “World Wide Web” (Ümumdünya hörümçək toru) sisteminin yaradıcılarından biri olan Tim Berners-Li, İnterneti siyasi manipulyasiya, saxta xəbərlər, məxfiliyin pozulması və bütün dünyanı “rəqəmsal distopiyaya” sala biləcək digər təhlükələrdən xilas etmək üçün qlobal planını təqdim edib.

Plan özündə doqquz əsas prinsipi cəmləşdirir – ölkələrin hökumətləri (3), şirkətlər (3) və fiziki şəxslər (3) üçün. “The Guardian” ın verdiyi məlumata görə, plan 150-dən çox təşkilat tərəfindən dəstəklənib.

“Düşünürəm ki, müasir dövrdə insanlar İnternetdə baş verən vəhşiliklərdən daha çox qorxmağa başlayıblar. Əgər İnterneti olduğu kimi qoysaq, bir çox şeyin yanlış istiqamətdə getmək ehtimalı var”, – alim bildirir.

Qeyd edək ki, “Microsoft”, “Google” və “Facebook” dan fərqli olaraq, “Twitter” və “Amazon” şirkətləri bu planı dəstəkləməyiblər.

Tim Berners-Li şirkətlər İnterneti hamı üçün əlçatan olmasını təmin etməli, əlillər və milli azlıqlar üçün veb-versiyaları inkişaf elətdirməli olduqlarını söyləyir.

“Şəbəkəni yanlış istiqamətə aparan qüvvələr həmişə çox güclü olublar. Şirkət və ya hökumət olmağınızdan asılı olmayaraq, şəbəkənin idarə edilməsi – qazanc əldə etməyin və ya hakimiyyətdə qalmağın yollarından biridir. İnsanlar bunun ən vacib hissəsidir, çünki başqalarını məsuliyyətə cəlb etmək yalnız onların marağındadır”, – alim qeyd edir.

Son xəbərlər
Digər xəbərlər