9 C
Baku
Sunday, November 17, 2024

“Wyndham Hotels & Resorts” və “Alterum” şirkəti arasında Qafqaz və Mərkəzi Asiya bölgəsində Əməkdaşlıq barədə Saziş imzalandı

®“Wyndham Hotels & Resorts” və “Alterum” şirkəti arasında Qafqaz və Mərkəzi Asiya bölgəsində Əməkdaşlıq barədə Saziş imzalandı.

Bu münasibətlə “Wyndham Hotels & Resorts” Cənubi və Şərqi Avropa üzrə regional direktoru cənab Vassilis Themelidis dedi: “Biz Qafqaz və Mərkəzi Asiyada sürətlə inkişaf edən qonaqlama bazarının bir hissəsi olmaqdan məmnunuq və Azərbaycanda qonaqlama sahəsində idarəetmə və konsaltinq üzrə təcrübəli və müstəqil komandanın yaranmasını və onların bölgə üzrə fəaliyyətini alqışlayırıq”.

“Alterum” şirkətinin direktoru cənab Azər Mirtaqavi öz növbəsində qeyd edib: “Bizim bölgə üzrə olan təşəbbüslərimizə dair “Wyndham Hotels & Resorts” tərəfindən göstərilmiş diqqət və dəstək bizi son dərəcə sevindirir. Biz inanırıq ki, bu əməkdaşlıq yüksək xidmət standartlarına, idarəetmənin şəffaflığına, qonaqlama işçiləri üçün bərabər və ədalətli əmək haqqlarına, eyni zamanda davamlı təlimlərə üstünlük verməklə, Qafqaz və Mərkəzi Asiyada daşınmaz əmlak və qonaqlama sahəsində idarəetmə və konsaltinq xidmətlərini daha yüksək səviyyəyə gətirəcəkdir.”

95 ölkədə 9000-dən artıq daşınmaz əmlakı və 836.000 otaq nömrəsi olan “Wyndham Hotels & Resorts” dünyanın ən iri otel zənciridir.

Baş ofisi Azərbaycan Respublikası, Bakı şəhərində yerləşən “Alterum” Qafqaz və Mərkəzi Asiyada kommersiya və yaşayış təyinatlı daşınmaz əmlak, qonaqlama və əlaqəli xidmət sahələrində ixtisaslaşmış təcrübəli peşəkarları özündə birləşdirən daşınmaz əmlakın idarə edilməsi və konsaltinq qrupudur.

Son xəbərlər
Digər xəbərlər