6 C
Baku
Cümə axşamı, Yanvar 27, 2022

Xərclənən pul artır, alınan ət isə azalır – İdxal bahalaşır

2020-ci ilin 7 ayı ərzində Azərbaycana xarici ölkələrdən 51 milyon 281 min dollar dəyərində 28 min 676 ton ət idxal edilib.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin aylıq hesabatında bildirilir.

Müqayisə üçün qeyd edək ki, 2019-cu ilin eyni dövründə ölkəmizə 43 milyon 330 min dollar dəyərində 28 min 805 ton ət idxal edilmişdi. Beləliklə, ət idxalı dəyər ifadəsində 7 milyon 951 min dollar və yaxud 18,4% artıb, miqdar ifadəsində isə 129 ton və yaxud 0,4% azalıb. Bu, idxal ətin bahalaşdığına işarədir.

 

 

Son xəbərlər
Oxşar xəbərlər