Xərclər müqavilədə göstərilmirsə, malların ayrılmaz tərkib hissəsi hesab edilir

Xərclər müqavilədə göstərilmirsə, malların ayrılmaz tərkib hissəsi hesab edilir.

Misal: “A” MMC ilə “B” MMC arasında kanalların təmizlənməsi ilə bağlı müqavilə bağlanıb. Sifarişçi “A” MMC, icraçı isə “B” MMC-dir.

  1. Müqavilədə istifadə ediləcək avadanlığın bütün istehsalat xərcləri təmənnasız olaraq icraçı tərəfdən qarşılanmalıdır qeyd olunub.
  2. Müqaviləyə əsasən, sifarişçi amortizasiya hüququnu özündə saxlamaqla avadanlıqları icraçının istifadəsinə ötürüb. 

Belə olan halda Vergi Məcəlləsinə nəzər salaq. Məcəlləyə əsasən təmir xərcləri gəlirdən iki formada çıxıla bilər:

  1. Vergi Məcəlləsinin 115.1-ci maddəsində nəzərdə tutulan hədlər daxilində birbaşa. 
  2. Vergi Məcəlləsinin 115.2-ci maddəsində nəzərdə tutulan qaydada amortizasiya ayırmaları şəklində.

Yuxardakı misala əsasən əsas vəsait sifarişçini ( “A” MMC) balansında olduğu üçün icraçı ( “B”  MMC) tərəfindən əsas vəsaitlərin təmirinə çəkilmiş xərclərin gəlirdən çıxılmasına yol verilmir. Vergilər Nazirliyi qeyd edir ki, hər hansı xidmət göstərən şəxs tərəfindən xidmətlərin göstərilməsi (işlərin görülməsi) zamanı istifadə olunan mallar ayrıca təqdim edilmirsə və ya xidmətin (işin) dəyərinə daxil edilməyən kompensasiyalı xərclər müqavilədə və ya ödəniş sənədlərində ayrıca göstərilmirsə, həmin mallar və ya xərclər xidmətin (işin) ayrılmaz tərkib hissəsi hesab edilir.

İqtisadçı – ekspert Rauf Qarayev


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları