22 C
Baku
Tuesday, August 16, 2022

“Brand Credit” BOKT yığılmış zərərdən yaxa qurtarmadı

Azərbaycanda fəaliyyət göstərən “Brand Credit BOKT” MMC ötən il ərzində emissiya etdiyi qiymətli kağızların azaldaraq, onun yerinə maliyyə institutlarından vəsait cəlbi üçün borclanmanı üstün tutub.

Banker.az bu barədə BOKT-a kənar audit kimi cəlb edilmiş “Azəri-Audit” firmasının şərhində deyilib.

Geridə qalan 2019-cu il ərzində BOKT 1.2 mln manatlıq borca girib, əvəzində, qiymətli kağızlar üzrə öhdəliyini 2.31 mln manatdan 1.36 mln manata qədər düşürdüb. “Brand Credit BOKT”un cəmi öhdəlikləri 2.6 mln manat təşkil edib.

BOKT borc vəsaitini əsas fəaliyyət sahəsinə yönəldə bilib. Belə ki, ötən il ərzində müştərilərə verdiyi kredit portfelinin həcmi genişlənərək 2.52 mln manata keçib, bu öncəki ildə 1.83 mln. təşkil edirdi. Bu artım eləcə də aktivlərini 3.17 mln manat üzərinə qaldırıb.

“Brand Credit BOKT” müştərilərdən isə əsas  olar yenidən istehlakı seçmiş, hətta portfeldə bu kreditlərin payını 58%-dən 71%-ə çatdırıb.

Mənfəət var, amma…

2019-cu ilin 4 rübü ərzində 954 min manatlıq faiz gəliri və  267 min manat borclar üzrə faiz xərci çəkib. Gəlirlərinin artması və faiz xərclərinin azalması nəticəsində xalis faiz gəlirnin həcmi öncəki illə müqayisədə 66% artımla 687 min manat təşkil edib.

Lakin, “Brand Credit” 388 min manat problemli kreditlər üzrə ayırmalar edib. Əməliyat xərclərini optimallaşdırsa belə, xalis mənfəətinin həcmi 5.58 min manat təşkil edib (hər aya 465 manat xalis mənfəət?!). Öncəki ildə 76.97 min manatlıq xalis mənfəət etmişdi.

Bu mənfəət sonrası BOKT-un illərdir yığılıb qalmış zərərini (2017-də hətta yarım milyon manat üzərində idi) 325 min manata qədər azaldıb.

“Brand Credit” – 2011-ci ildə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 1,9 milyon manat olsa da, ötən ilin yekununda 900 min manat təşkil edib, təsisçiləri isə Əli Hüseynov, Yeganə Vəliyeva və Şəbnəm Vəliyeva olub.

11111w

Son xəbərlər
Oxşar xəbərlər