6 C
Baku
Cümə axşamı, Yanvar 27, 2022

Xətai rayonunun icra başçısına 1-ci müavin təyin edilib

Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyəti başçısına birinci müavin təyin edilib.

Bununla bağlı adıçəkilən rayonun başçısı Rafiq Quliyev müvafiq əmr imzalayıb, bu barədə Banker.az-ın əldə etdiyi  məlumatda  deyilir.

Məlumata görə, icra başçısnın yeni birinci müavini Anar Səmədov Qorxmaz oğludur.

Qeyd edək ki, Xətai RİH-də başçının 1-ci müavini vəzifəsində 2013-cü il dekabrından 2019-cu ilin noyabrınadək hazırkı icra başçısı R.Quliyev çalışıb. Prezident bir il öncə müvafiq sərəncamla R.Quliyevi Xətai RİH-nə başçı təyin etmişdi.

 

Son xəbərlər
Oxşar xəbərlər