19 C
Baku
Sunday, October 13, 2024

“Xəyal Adası” ötən ili də zərər edib

“Azersun Holdinq”ə daxil olan “Xəyal Adası” MMC-nin (Dreamland) gəlirləri iki dəfəyə yaxın artsa da növbəti dəfə zərər edib.

Banker.az xəbər verir ki, bu barədə şirkətin maliyyə hesabatında bildirilir.

Şirkət 2022-ci ildə 30.37 milyon manat gəlir əldə edib ki, bu da 2021-ci ildə qeydə alınan 16.8 milyon manatdan 81 faiz yuxarıdır. Malın maya dəyəri 15.03 mln. manat  olub ki, öncəki ildə 6 dəfə böyükdür.

Beləliklə, “Dreamand” 2022-ci ildə 8.89 milyon manat zərər edib. 2021-ci ildə 9.16 milyon manatlıq zərəri vardı.

Bu zərərdən sonra şirkətin kapital balansındakı zərər 0.63 mln. manatlıq bölüşdürülməmiş mənfəət 6.03 mln. manatlıq yığılmış zərərə çevrilib.

“Azərsun Holdinq” Şirkətlər Qrupunun layihəsi.[1] Bu, yüksək standartlara cavab verən yaşayış, ticarət, əyləncə və idman sahələrini əhatə edən layihədir

12 yanvar 2015-ci il tarixə olan məlumata görə, yaşayış sahəsində müasir tələblərə cavab verən yüksək keyfiyyətli 2100 mənzil, fərqli ölçülərdə və konseptlərdə 300 villa inşa olunur

Son xəbərlər
Digər xəbərlər