12 C
Baku
Friday, March 29, 2024

Xəzər Dəniz Gəmiçiliyinin xalis mənfəəti iki dəfə azalıb

2018-ci ilin yekunları üzrə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi (AXDG) 52,4 milyon manat (30,8 milyon dollar) xalis mənfəət əldə edib. Bu, 2017-ci ildəkindən (100,1 milyon manat) 2 dəfə azdır. Bu barədə AXDG-nin maliyyə hesabatında qeyd edilir.

Banker.az  bu barədə AXDG-nin maliyyə hesabatına istinadən xəbər verir.

Keçən il gəmiçilik şirkətinin göstərilən xidmətlər üzrə gəlirləri 4,7% azalaraq 452,1 milyon manat təşkil edib. Eyni zamanda, yük və sərnişin daşınmasından (170,7 milyon manat) gəlirlər 5 faiz azalıb, logistika xidmətlərindən mədaxil (23,3 milyon manat) 20 dəfə artıb. 2018-ci ildə AXDG-nin ümumi gəlirləri 484,5 milyon manat təşkil edib.

 

 

 

Son xəbərlər
Digər xəbərlər