28 C
Baku
Saturday, July 27, 2024

“Xəzər Kredit İttifaqı”nın ötən il mənfəəti azalıb

“Xəzər Kredit İttifaqı” 2022-ci ili 27 min manat xalis mənfəətlə başa vurub. 2021-ci ildə kredit ittifaqının mənfəəti 28 min manat olub ki, bu da illik müqayisədə 4% azalma deməkdir.

Bnaker.az bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Xəzər Kredit İttifaqı”nın faiz gəlirləri 102 min manat (əvvəlki illə müqayisədə 8.5% çox), faiz xərcləri 8 min manat (27% çox), xüsusi ehtiyatlara ayırmaları 2 min manat, mənfəət vergisi ödəmələri isə 7 min manat təşkil edib.

Bu il yanvarın 1-nə “Xəzər Kredit İttifaqı”nın aktivləri 999 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 4% çoxdur.

Hesabat dövründə kredit təşkilatının öhdəlikləri 1.7 dəfə artaraq 467 min manata çatıb, o cümlədən borc öhdəlikləri 1.7 dəfə artaraq 432 min manata, nizamnamə kapitalı isə 65% azalaraq 67 min manat təşkil edib.

Xatırladaq ki, “Xəzər Kredit İttifaqı” 1999-cu ildə yaradılıb, Lənkəranda fəaliyyət göstərir.

Son xəbərlər
Digər xəbərlər