6 C
Baku
Şənbə, Yanvar 22, 2022

Xəzəryanı ölkələrin dövlət başçılarının sammitinə hazırlıq gedir

Xəzəryanı ölkələrin dövlət başçılarının növbəti sammitinə hazırlıq gedir.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Federasiya Şurasında “hökumət saatında” senatorların suallarını cavablandırarkən bildirib.

O, növbəti sammitin Aşqabadda keçiriləcəyini söyləyib:

“Biz indi növbəti sammitə hazırlaşırıq. Bu sammit Aşqabadda baş tutmalıdır. Onu bir az tez videokonfrans rejimində də keçirmək olardı. Əlavə layihə sazişi də imzalanmağa hazırdır. Lakin hər kəs istəyir ki, şəxsən görüşmək imkanı yaransın. Belə deyək, bu, daha səmərəlidir, daha vacib məsələləri etimadlı şəkildə müzakirə etməyə imkan verir”.

Lavrov Xəzəryanı ölkə başçılarının növbəti sammitində Rusiya tərəfindən Xəzər şurasının yaradılması təşəbbüsünün irəli sürüləcəyini bildirib:

“Biz Xəzər Şurasının Həştərxanda yerləşməsini təklif edirik. Hazırda detallar razılaşdırılır. Hələlik heç kəs bu təşəbbüsə etiraz etmir. Bir sıra həmkarlarımız tərəfindən bunun bürokratik struktur olacağı ilə bağlı qorxuları var”.

Mənbə:APA
Son xəbərlər
Oxşar xəbərlər