23 C
Baku
Wednesday, May 29, 2024

Xəzəryanı ölkələrin dövlət başçılarının VI Sammiti başlayıb

Aşqabadda Xəzəryanı ölkələrin dövlət başçılarının VI Sammiti öz işinə başlayıb.

Sammitdə Xəzər “beşliyi”nin liderləri – Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Azərbaycan Prezidenti İlham Əliyev, İran Prezidenti İbrahim Rəisi, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Rusiya Prezidenti Vladimir Putin iştirak edir.

Dövlət başçıları Xəzəryanı ölkələr arasında əməkdaşlıq məsələlərini müzakirə edəcək.

Eyni zamanda, liderlər qarşılıqlı maraq doğuran beynəlxalq və regional gündəliyin aktual problemləri barəsində fikir mübadiləsi aparacaq.

VI Sammit çərçivəsində Xəzəryanı dövlət başçılarının ikitərəfli danışıqları da nəzərdə tutulub.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər