Xəzinə daha 30 milyon manat borclandı

6 iyul 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0105021882 ISIN-li, 20 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 10 investor tərəfindən qiymət intervalı 99.0762 AZN (6.5000%) və 101.2175 AZN (5.3500%)  olan 19 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.0000 AZN (6.0000%), orta ölçülmüş qiyməti 100.1608 (5.9135%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 77,666,700.00 manat yerləşdirilmiş həcmi isə 30,000,000 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 4 iyul 2023-cü  il.

Hərrac iştirakçıları 7 iyul 2021-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.