24 C
Baku
Wednesday, August 17, 2022

Xəzinədar (Sumqayıt) – PaşaBank

İŞİN TƏSVİRİ

• Xəzinədə olan nağd vəsaitin saymaq, çeşidləmək, zərurət yarandıqda ekspertiza etmək, Mərkəzi Banka təhvil verilmək üçün hazırlanmaqla yüksək keyfiyyətli müştəri xidməti göstərmək.
• Bank günü ərzində kassaya daxil olan nağd pulları elan blankı ilə  qəbul edilməsi;
• Pulların həqiqiliyinin, dövriyyəyə yararlığının yoxlanılması;
• Dövriyyəyə yararlı pullar nominallar üzrə qablaşdırılması;
• Dövriyyəyə yararsız pulların ayrıca qablaşdırılması;
• Saxta pullar aşkarlandıqda, aktlaşdırılması;
• Məxaric sənədlərindəki bankın məsul şəxslərinin imzalarının həqiqiliyini imza  nümunələri albomu ilə tutuşduraraq yoxlanılması;
• Müştərilərin şəxsiyyətini təsdiq edən sənədlə eyniləşdirilməsi;
• Müştərinin şəxsiyyətini təsdiq edən sənədlə məxaric sənədində olan imzasını eyniləşdirilməsi;
• Bankın təyin etdiyi məzənnə əsasında müştərilərlərin valyuta-mübadilə əməliyyatlarının aparılması;
• Gün ərzində aparılan əməliyytalar üzrə mədaxil və məxaric sənədlərinə əsasən kassa qalığının çıxarılması;
• Kassa kitablarında yazılışlar aparılması;
• Günün kassa mədaxil və məxaric şənədlərini mühasibə təqdim edilməsi;
• Əmanətlərlə bağlı uçotun aparılması.

TƏCRÜBƏ

• Sözü gedən sahədə ən azı 4-5 illik iş təcrübəsinin olması

TƏLƏB OLUNAN XÜSUSİYYƏTLƏR

• Ali iqtisadi və ya riyazi təhsil;
• Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilməli, ingilis dilini bilənlərə üstünlük verilir;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
• Yüksək səviyyədə kompüter bilikləri (Ofis proqramları);
• Stress altında işləmə qabiliyyəti.

Namizədlərin müraciətləri 10 dekabr 2015-ci il tarixinə qədər [email protected] ünvanına qəbul olunacaqdır. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Xəzinədar- Sumqayıt filialı) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Son xəbərlər
Oxşar xəbərlər