5 C
Baku
Saturday, December 14, 2024

Xəbəri olmadan adına VÖEN açılıb – 58 MİN BORCU VAR – VİDEO

Saatlı rayon sakini Yəhya Caxalovun adına özünün xəbəri olmadan VÖEN açılıb. Vergi xidmətindən göndərilən məktubda isə onun külli miqdarda borcunun olduğu qeyd edilib.

Hazırda Zərdab rayonunda kirayədə yaşayan Yəhya Caxalovun iddiasına əsasən, aidiyyəti dövlət qurumundan ona məktublar gəlib və bu məktublarda onun dövlətə 59 min manata yaxın borcunun olduğu qeyd olunub.

O da məsələni araşdırdıqda şəxsiyyət vəsiqəsinin FİN kodu əsasında adına VÖEN açdırıldığını öyrənib.

Bildirilib ki, hazırda sistemdə onun 58 min 751 manat borcunun olduğu görünür. Yəhya iddia edir ki, ona bu VÖEN əsasında 2021-ci ildə alqı-satqı işləri aparıldığı deyilib. Özü isə, ümumiyyətlə, o işlərlə məğşul olmadığını və fəhlə işlədiyini qeyd edir. Qeyd olunan tarixdə isə xəstəxanada müalicə alırmış.

Məsələ ilə bağlı 5 saylı Ərazi Vergilər İdarəsindən bildirilib ki, Yəhya Caxalov Saatlı rayon vergi şöbəsinə rəsmi müraciət edib. Onun izahatı alınıb. Hazırda fakt araşdırılır.

 

Son xəbərlər
Digər xəbərlər