-1 C
Baku
Sunday, February 23, 2025

“Xəmsə Sığorta və Təkrarsığorta Brokeri”ndə yeni təyinat

“Xəmsə Sığorta və Təkrarsığorta Brokeri”nə Beynəlxalq sığorta və təkrarsığorta əməliyyatları üzrə direktor müavini təyin olunub.

Banker.az xəbər verir ki, bu vəzifə Elçin Süleymanova həvalə edilib.

Elçin Süleymanov 2021-ci ilin sentyabr ayından indiyə kimi “Qala Sığorta” ASC-də Anderraytinq və təkrarsığorta departamentinin rəhbəri, 2016-ci ilin iyulundan 2021-ci ilin sentyabr ayına kimi İddialara baxılması departamentinin direktoru kimi vəzifələrdə çalışıb.

O, 2005-2009-cu illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində Sığorta biznesinin təşkili üzrə bakalavr dərəcəsinə, 2010-2012-ci illərdə magistr dərəcəsinə, 2014-2018-ci illərdə isə fəlsəfə doktoru (PhD) dərəcəsinə yiyələnib.

Son xəbərlər
Digər xəbərlər