13 C
Baku
Saturday, November 23, 2024

“Xəmsə Sığorta və Təkrarsığorta Brokeri”nin maliyyə durumu bəlli oldu

“Xəmsə Sığorta və Təkrarsığorta Brokeri” MMC 2022-ci ili 662 min manat xalis mənfəətlə başa vurub. 2021-ci ildə şirkətin mənfəəti 89 min olub ki, bu da illik müqayisədə 7.4 dəfə çox deməkdir.

Banker.az bu barədə sığorta brokerinin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Xəmsə Sığorta və Təkrarsığorta Brokeri”nin əməliyyat xərcləri 6 milyon 566 min manat (əvvəlki ilə nisbətən 64 dəfə çox), faiz üzrə xərcləri 9 min manat (əvvəlki ilə nisbətən 1.3 dəfə çox), mənfəət vergisi 106 min manat təşkil edib.

Bu ilin yanvarın 1-nə “Xəmsə Sığorta və Təkrarsığorta Brokeri”nin aktivləri 21 milyon 226 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 95 dəfə artım deməkdir. Hesabat dövründə şirkətin cəmi öhdəlikləri 311 min manatdan 20 milyon 652 min manata, cəmi kapitalı isə 88 min manatdan 574 min manata çatıb.

Xatırladaq ki, “Xəmsə Sığorta və Təkrarsığorta Brokeri” 2020-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 1000 manatdır və qanuni təmsilçisi Xəzər Tağıyevdir.

Son xəbərlər
Digər xəbərlər