Azərbaycanda xərclənə bilən neft gəlirləri – proqnozlaşdırılan büdcə ilinin əvvəlinə xalis maliyyə aktivlərinin 30%-i ilə icmal büdcənin neft gəlirləri arasında yaranan fərqin 20%-nin həmin göstəricilərin kiçiyinin üzərinə gəlinməklə formalaşan məbləğ büdcə qanunvericiliyindən çıxarılır.
Bu məsələ “Büdcə sistemi haqqında” qanuna təklif olunan dəyişikliklərdə öz əksini tapıb.
Müvafiq qanun layihəsinə münasibət bildirən Hesablama Palatası bəyan edib ki, bu anlayışın qanunvericilikdən çıxarılması büdcə qaydasının yeni formada tənzimlənməsi ilə bağlı dəyişikliklərlə əlaqə