9 C
Baku
Thursday, December 12, 2024

Xərclənməyən bu vəsaitlər DSMF-nin xəzinə hesabına qaytarılacaq – yeni qayda

Nazirlər Kabineti “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”də dəyişiklik edib.

Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Əsasnaməyə görə, sanatoriya-kurort müalicəsi üzrə xərclərin maliyyələşdirilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən mərkəzləşdirilmiş qaydada tələb olunan vəsaitin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına (AHİK) ayrılması yolu ilə həyata keçirilir.

Dəyişikliyə əsasən, bu vəsaitlərin ilin sonuna AHİK tərəfindən istifadə olunmayan hissəsi ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun xəzinə hesabına qaytarılacaq və növbəti ilin büdcə xərclərinin maliyyələşdirilməsinə yönəldiləcək.

Bu qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

Son xəbərlər
Digər xəbərlər