10 C
Baku
Thursday, March 6, 2025

Xəstəxana direktoru işdən çıxarıldı – Yeni təyinat

Yardımlı Rayon Mərkəzi Xəstəxanasının direktoru Rasim Əkbərov vəzifəsindən azad edilib.

Bununla bağlı TƏBİB-in İdarə Heyətinin sədri Vüqar Qurbanov müvafiq Əmr imzalayıb.

TƏBİB sədrinin digər əmri ilə Qənbərov Ravil Həbib oğlu sözügedən vəzifəyə təyinat alıb.

Ravil Qənbərov bundan əvvəl xəstəxananın bazasında İlkin Səhiyyə Xidməti Tibb Mərkəzinin rəhbəri olub.

Qeyd edək ki, vəzifədən azad olunan R.Əkbərov 2014-cü ildən Yardımlı Rayon Mərkəzi Xəstəxanasının direktoru idi, eyni zamanda baş həkim vəzifəsini icra edirdi.

MənbəQaynarinfo
Son xəbərlər
Digər xəbərlər