4 C
Baku
Wednesday, January 14, 2026

“Xətai Tikinti Mexanizasiya” şirkətinin İdarə Heyəti və Müşahidə Şurası yenidən formalaşdırılır

27 fevral 2026-cı il saat 15:30-da “Xətai Tikinti Mexanizasiya” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı Bakı şəhəri, Sabunçu rayonu, B. Bünyadov küçəsi 3 nömrəli ünvanda keçiriləcəkdir.

Banker.az xəbər verir ki, iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. Səhmdar cəmiyyətin 2025-ci ilə aid maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarının hesabatı
2. Təşkilati məsələlər:
– İdarə heyəti üzvlərinin və sədrinin seçilməsi.
– Müşahidə şurası üzvlərinin və sədrinin seçilməsi.
3. Səhmdar cəmiyyətin hüquqi ünvanının dəyişdirilməsi
4. Nizamnaməyə dəyişikliklərin edilməsi.

Səhmdarlar sənədlərlə hər həftənin 2-ci və 5-ci günləri saat 14:00-dan 16:00-a qədər ASC-nin inzibati binasında Bakı şəhəri, Sabunçu rayonu, Ə.Əliyev küçəsi 4 nömrəli ünvanda tanış ola bilərlər

Son xəbərlər
Digər xəbərlər