10 C
Baku
Thursday, December 12, 2024

“Xəyal edin. Xəyallar gerçəkləşir. Və mən bilmirəm niyə”, – İlon Mask

“Xəyal edin. Xəyallar gerçəkləşir. Və bilmirəm niyə”, – İlon Mask gənclərə yazdığı məktubda söyləyir.

Reallıq – bizi əhatə edən şeylər deyil. Reallığı biz özümüz yaradırıq. Düşüncə tərzi, addımlar və ideyalar bizə təsir göstərən əsas amillərdir. Dünya göründüyündən daha elastikdir, daha dəyişkəndir…

İlon Maskdan gənclərə məktub…

“Uşaq olanda varlı olacağımı və Avropanı səyahət edəcəyimi xəyal edirdim. Lakin Barselonanın mərkəzində olduqda, həmin andan zövq ala bilmədim. Hər şey ardıcıl və hətta məntiqli baş verdi. Kiçik kənddən başlayan yolum paytaxtda davam etdi. Və hamısı xəyal etməkdən qorxmamağım sayəsində oldu.

Məktəbi müvəffəqiyyətlə başa vurduqdan sonra imtahan verdim və ən yaxşı universitetlərdən birinə qəbul oldum. Proqramlaşdırma düşündüyümdən asan imiş. Hər imtahandan “əla” alırdım.  Müəllimlər məmnun idilər, mən isə tərəddüd etməyə davam edirdim.

Uşaqlıqda qurduğum xəyallar puç oldu. Daha dünyanı səyahət etmək barədə düşünmürəm, bunu əvəzinə CV yazmağı öyrənirəm, yüksək əmək haqqı ala biləcəyim bir iş axtarıram. “Doğru” yola düşərək, sistemə müdaxilə etmiş oldum. Mən başa düşdüm ki, səhv yoldayam.

Böyüdükcə bizə deyilir: “Bəsdir xəyal etdin, gerçək dünyada yaşamağı öyrən!”. Lakin məsələ orasındadır ki, gerçəklik – bizi əhatə edən şeylər deyil. Gerçəkliyi biz özümüz yaradırıq. Düşüncə tərzi, addımlar və ideyalar bizə təsir göstərən əsas amillərdir. Dünya göründüyündən daha elastikdir, dəyişkəndir. Burada bizə lazım olan hər şey var. Biz sadəcə bunları götürməliyik.

“Siz elə düşünürdünüz ki, harada istəsəniz nə istəsəniz edə, böyüyəndə kim istəsəniz ola bilərsiniz. Sonra böyüdünüz və bütün bunların qadağan olunduğunu gördünüz. Sizə dedilər ki, böyüyəndən sonra xəyal etmək olmaz, özünü ağıllı aparmaq lazımdır və qarıya çox böyük məqsədlər qoymaq olmaz”, – Be the best version of yourself kitabından.

Hər şey proqramçı vakansiyasını tapmaq xəyalından başladı. 18 yaşım var idi. Mən başa düşdüm ki, sabahkı uğur bugünkü səylərin nəticəsidir yayın üç ayını bacarıqların inkişaf etdirilməsinə sərf etdim. Çox ağıllı deyildim. Sadəcə istədim və götürdüm.

Hər səhər bizə daha yaxşı olmaq şansı verilir və onu əldən vermək böyük ağılsızlıq olardı. Bir çox insan sadə nizam-intizamla əldə olunan şeyləri xəyal edir. Bəs siz nələri xəyal edirsiniz? Bəlkə onlara çatmaq üçün yalnız bir addım atmalısınız?

Narahatlıq və tərəddüdü aktiv fəaliyyət ilə aradan qaldırmaq mümkündür, əldən verdiyiniz şans isə heç vaxt unudulmayacaq.  

Xəyal edin. Plankanız nə qədər yüksək olsa, bir o qədər yüksəklikdə olacaqsınız.

Xəyal etməyi bacarmaq lazımdır. Belə ki, başqalarının istəklərini götürmək daha asandır, nəinki öz istəklərini tapmaq. Mən də belə edirdim və əvvəllər mənim üçün maraqlı olan indi mənasız görünür. Həyatımda çoxdan mövcud olan məqsədləri isə günü-gündən daha da çox sevməyə başlayıram, çünki onlar mənim əsl arzularımdı.

Oyanıb bu günü necə yaşamaq istədiyini başa düşmək əvəzsiz duyğudur. Həyatımız hər dəqiqə qısalır və sizcə, onun mənası xoşbəxt olmaqda deyilmi?

Xəyal etdikdə, indiki zamanda yaşamağı unutmayın. Con Lennon deyib: “Həyat – gələcək üçün planlar qurarkən başımıza gələn hadisələrdir. 

Axı xəyallar məqsəd deyil, istiqamətlərdir. Hər şey plan üzrə olsaydı, yaşamaq çox cansıxıcı olardı.

Sizin həyatınız – bir andır. Və onu yaxşılaşdırmaq sizin öz əlinizdədir. Beləliklə, anbaan həyatınız daha mənalı olacaqdır.

Hər şeyi düzgün etsəniz, onda bir anda xəyalların gerçəkləşdiyini və hər günün sizə sevinc bəxş etdiyini başa düşəcəksiniz. Bunun üçün siz nə etməlisiniz? İki səsi dinləyərək qərar verin: məntiq və intuisiya. Onlar arasında fikir ayrılığı olduqda, insanlar tərəddüd etməyə başlayırlar.

Xəyal edin, yaşayın və olduğunuz kimi olun.

Hər şey mümkündür.

Bilin ki, gələcək sizin üçün çətin anlarla müəyyənləşdirilir. Həyat sizin nə istədiyinizi mənimsəməyə hazır olub-olmadığınızı yoxlamaq üçün müxtəlif sınaqlar keçirəcək. O sizə lazım olan hər şeyi verməyə hazırdır. Bəs siz bunları almağa hazırsınızmı? Əgər hazırsınızsa, gedin və alın.

 

Son xəbərlər
Digər xəbərlər