23 C
Baku
Friday, April 19, 2024

“Xəzər” avtomobilləri Ukraynaya da gedir – satılmaq üçün

Azərbaycanda istehsal edilən “Xəzər” avtomobilləri bu il Ukraynaya ixrac ediləcək.

Bunu “Azərmaş” Açıq Səhmdar Cəmiyyətinin (ASC) idarə heyətinin sədri Emin Axundov deyib. O, ilkin olaraq 300 avtomobilin ixracının nəzərdə tutulduğunu bildirib:

“İxraca cari ilin ortalarında başlanacaq. Bu günə qədər 1250 “Xəzər” maşını satılıb. Onların 400-ə yaxını dövlət idarələri tərəfindən, qalan hissəsi isə vətəndaşlar tərəfindən alınıb. Avtomobillərin 25-30 faizi kredit yolu ilə əldə edilib”.

MənbəAzVision
Son xəbərlər
Digər xəbərlər