10 C
Baku
Saturday, December 21, 2024

Xəzər Boru Kəməri Konsorsiumu neft nəqlinin həcmini artırıb

Xəzər Boru Kəməri Konsorsiumu (CPC) sistemi ilə neft nəqlinin həcmi ötən illə müqayisədə artıb.

Bunu CPC-nin baş direktoru Nikolay Qorban idarəetmə orqanlarının Almatıda keçirilən iclasında deyib.

O qeyd edib ki, bu ilin avqust ayının sonuna qədər 43,8 milyon ton xam neft ixrac edilib və Novorossiysk limanından 405 tanker yola salınıb. Ötən il bu göstəricilər müvafiq olaraq 42,7 milyon ton neft və 391 tanker təşkil edib.

İclasda səhmdarlar Xəzər Boru Kəməri Konsorsiumunun maliyyə fəaliyyətinə yekun vurublar.

Xatırladaq ki, CPC neft kəmərləri sistemi Xəzər dənizi hövzəsindən dünya bazarlarına neft nəqli üçün ən böyük marşrutdur. Uzunluğu 1,5 min kilometr olan magistral boru kəməri Qərbi Qazaxıstan yataqlarını Rusiyanın Qara dəniz sahilləri ilə birləşdirir və burada neft CPC-nin dəniz terminalı vasitəsilə tankerlərə yüklənir. Konsorsiumun ən böyük səhmdarları arasında Rusiya (“Transneft”), Qazaxıstan (“Kazmunaigas”) ölkələri, həmçinin “Chevron”, “Lukoil”, “ExxonMobil”, “Rosneft” və “Shell” şirkətləri var.

Son xəbərlər
Digər xəbərlər