“Azərbaycan Xəzər-Dəniz Gəmiçiliyi” QSC-nin fəaliyyətə başladığı gündən Dövlət Sosial Müdafiə Fonduna (DSMF) yaranan borcu cari ayda əvvəlcədən ödənilib və heç vaxt ödəniş vaxtı keçmiş borcu olmayıb.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat katibi Mehman Mehdiyevin verdiyi xəbərə görə, hazırda da “AXDG” QSC-nin DSMF-yə borcu yoxdur.
M. Mehdiyev bildirib ki, təkcə bu il “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC tərəfindən DSMF-yə 24,7 mln. manat ödəniş həyata keçirilib.
Buna da bax: DSMF qarşısında öhdəliyi olan 7 dövlət qurumu var, ikisi məhkəməyə verilib
“DSMF-nin “AXDG” QSC-ni məhkəməyə verməsinə gəlincə, bildirək ki, Fond Gəmiçiliyin tabeliyində olmuş “Dənizçi” kənd təsərrüfatı müəssisəsi ilə bağlı 2015-ci ilin aprelində Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırıb. Qeyd olunan müəssisə isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 iyul 2016-cı il tarixli 447S nömrəli sərəncamı ilə aqrar islahatlarının aparılması məqsədilə “AXDG” QSC-nin tabeliyindən çıxarılıb”, – deyə məlumatda bildirilir.