“ASCO Logistics” MMC fəaliyyətinə xitam verilərək “ASCO Nəqliyyat” MMC-yə qoşulduğunu elan edir. “ASCO Logistics” MMC-nin hüquq və vəzifələri “ASCO Nəqliyyat” MMC-yə keçir.
Banker.az xəbər verir ki, “ASCO Nəqliyyat” MMC “ASCO Logistics” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu elan edir.
Digər elanda “ASCO Mühafizə” MMC fəaliyyətinə xitam verilərək “ASCO Nəqliyyat” MMC-yə qoşulduğunu elan edir. “ASCO Mühafizə” MMC-nin hüquq və vəzifələri “ASCO Nəqliyyat” MMC-yə keçir. “ASCO Nəqliyyat” MMC “ASCO Mühafizə” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu elan edir.