9 C
Baku
Monday, November 18, 2024

Xəzər dənizində balıq ehtiyatları azalıb

Xəzər dənizində bioloji resurslarının azalması ilə bağlı 9 ildən sonra ilk dəfə keçən il ekspedisiyaları keçirmişik.

Banker.az xəbər verir ki, bunu Bioloji resursların tədqiqatı mərkəzinin direktoru Mehman Axundov deyib.

O bildirib ki, bu ekspedisiyalar balıq ehtiyatlarının öyrənilməsinə imkan yaradıb: “2012-ci ilə qədər biz 2005-ci ildən başlayaraq hər il tədqiqatlar aparırdıq. Keçən ilki ekspedisiyalarla 10 il öncəki tədqiqatları müqayisə etdikdə bildik ki, Xəzər dənizində balıq ehtiyatları 10 dəfələrlə azalıb. Burada bir neçə səbəblər var. Bunun səbəblərindən biri iqlim dəyişiklikləridir. Xəzər dənizinin həm üst, həm də orta təbəqəsində suyun temperaturu 4-5 dərəcə artıb. Suda temperaturun bu cür qalxması zooplantları yandırır. Bir tərəfdən də yayda Günəşin şüalanması artır. Bu da qidalanan xırda balıqların populyasiyalarının azalmasına səbəb olub. Buna misal kilkələrdir. Kilkələr də Xəzər ixtiflorasının təxminən 60 %-ni təşkil edirlər. Bu da əsas qidalanan nərə, qızılbalıq, siyənəkkimilər dəstəsinə aid olan balıqların ehtiyatlarının 10 dəfələrlə azalmasına səbəb olub”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər