8 C
Baku
Monday, November 18, 2024

Xəzər dənizində beynəlxalq kruiz marşrutu Azərbaycandan keçəcək

Xəzər dənizinin suları ilə həmsərhəd olan beş ölkədə (Qazaxıstan, Türkmənistan, İran, Azərbaycan və Rusiya) dairəvi kruiz marşrutu açılacaq.

Hazırda bununla bağlı ölkələr müvafiq işlər görür və əsas məsələləri həll edirlər.

Xüsusilə, bu marşrut üçün Həştərxanda “Rus Velikaya” adlanacaq kruiz layneri tikilir.

Qazaxıstanın Sənaye Nazirliyinin Nəqliyyat Komitəsinin sədri vəzifəsini icra edən Qasım Tlepovun sözlərinə görə, gəminin istehsalının gələn il başa çatacağı gözlənilir.
O, turist gəmisinin marşrutunu da açıqlayıb.

Belə ki, gəmi Həştərxandan Aktauya, Aktaudan Türkmənistanın milli turizm zonası olan “Avaza”ya, oradan İranın Əmirabadına, daha sonra isə Bakıya və Mahaçqalaya yan alacaq.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər