16 may 2026-cı il, saat 12:00-da “Xəzər-Lada” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.
Banker.az xəbər verir ki, yığıncaq Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesinin 16-cı kilometrliyində yerləşən cəmiyyətin inzibati binasının konfrans zalında baş tutacaqdır.
Yığıncağın gündəliyi:
- İllik hesabatın təqdim olunması
- Təftiş komissiyasının illik aktının müzakirəsi
- ASC-nin prezidentinin (İdarə Heyətinin sədrinin) seçilməsi
- İdarə Heyətinin yeni tərkibinin seçilməsi
- Müşahidə Şurasının yeni tərkibinin seçilməsi
- Təftiş komissiyasının yeni tərkibinin seçilməsi
- Dividend və mükafatların verilməsi
- Kənar auditorun təsdiq edilməsi
Səhmdarlar yığıncağın gündəliyinə dair materiallarla cəmiyyətin mühasibatlığında tanış ola bilərlər.
Xatırladaq ki, “Xəzər-Lada” şirkəti 2014-cü ildə yaradılıb, Rusiyanın “Avto-VAZ” şirkətinin istehsal etdiyi avtomobillərin Azərbaycanda satışı ilə məşğuldur.





