13 C
Baku
Saturday, November 23, 2024

“Xəzər-Lada” şirkətinin mənfəəti və gəlirləri azalıb

“Xəzər-Lada” ASC-nin 2022-ci ili 440 min manat xalis mənfəətlə başa vurub. 2021-ci ildə şirkətin mənfəəti 504 min manat olub ki, bu da illik müqayisədə 13% azalma deməkdir.

Banker.az bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Xəzər-Lada”nın əsas əməliyyat gəlirləri 11 milyon 774 min manat (əvvəlki ilə nisbətən 58% azalma) təşkil edib. 2021-ci ildə şirkətin cəmi gəlirləri 27 milyon 946 min manat olub.

Bu il yanvarın 1-nə “Xəzər-Lada”nın aktivləri 13.389 milyon manat olub ki, bu da illik müqayisədə 5% azdır. Hesabat dövründə “Xəzər-Lada”nın öhdəlikləri 16% azalaraq 3.806 milyon manata düşüb, balans kapitalı isə 0.1% artaraq 9.583 milyon manata çatıb.

Xatırladaq ki, “Xəzər-Lada” şirkəti 2014-cü ildə yaradılıb, Rusiyanın “Avto-VAZ” şirkətinin istehsal etdiyi avtomobillərin Azərbaycanda satışı ilə məşğuldur. Onun nizamnamə kapitalı 445.8 min manatdır. Şirkətin səhmlərinin 30%-i Aleksandr Nikiforova, 29.8%-i Lyudmila Nazarenkoya, 19.4%-i Fəxrəddin Qasımzadəyə (“Xəzər-Lada”nın hazırkı prezidenti), 12,6%-i Naməddin Qasımzadəyə, 8.2%-i 147 fiziki şəxsə məxsusdur.

2 6 1 9

Son xəbərlər
Digər xəbərlər