Azərbaycan Prezidenti Xəzər rayonunda yolların yenidən qurulması işlərinin davam olaraq əlavə pul ayırıb.
Banker.az-ın əldə etdiyi məlumata görə, bu gün Prezident İlham Əliyev tərəfindən 5 dekabr 2019-cu il tarixdə bununla bağlı imzalanan sərəncamda qeyd edilir.
“Bakı şəhərinin Xəzər rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 11,8 milyon (on bir milyon səkkiz yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın”, – deyə sərəncamda deyilir.